Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Hərbi Qənimətkər Parkında Şanlı Zəfər tariximiz bütün dünyaya nümayiş olunur

0

  •         44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında davamlı məğlubiyyətlərə məruz qalan düşmən insanlıq əleyhinə və müharibə cinayətləri törədib, o cümlədən döyüş bölgəsindən uzaqda olan ərazilərə raket zərbələri endirib, dinc sakinləri qətlə yetirib. Vətən müharibəsində döyüş həm hərbi cəbhədə, həm də siyasi cəbhədə gedirdi. Dünya ictimaiyyəti və beynəlxalq kütləvi informasiya vasitələri münaqişə bölgəsi haqqında son məlumatları ən etibarlı, birinci mənbədən - Azərbaycan Prezidentindən alırdı. Və nəhayət, 30 ildə hər kəsin gözlədiyi şad xəbəri məhz Cənab Prezidentimizdən aldıq. Bu xəbər bütün dünyada Azərbaycanın gücündən xəbər verdi. Qarabağ müharibəsi Azərbaycanın gücünü, müasirliyini göstərdi. Qələbəmizi bütün dünyaya bəyan edəndən sonra “Zəfər günü”müzü qeyd etdik. İndi isə bu Zəfərdə əldə edilən qənimətləri böyük həvəslə nümayiş etdiririk. Qələbə tvitləri, aparıcı media qurumlarına müsahibələr, xarici müraciətlərdən ibarət hissələr, əldə edilən bütün qənimətlər Hərbi Qənimətlər parkında nümayiş etdirilir. Düşmənin nümayiş etdirilən dağıdılmış və qənimət kimi götürülmüş texnikası bir daha bizim gücümüzü, bir daha düşmənin məğlubiyyətini sübut etdi. Bəli, düşmən ölkə çox deyirdi ki, "bizim tanklarımız Bakıda olacaq”, belə də oldu. Bu gün biz fəxrlə deyə bilərik ki, bizim Dahi Rəhbərimiz var. Bizim güclü, rəşadətli ordumuz var. Eşq olsun Azərbaycan xalqına! Eşq olsun Ali Baş Komandanımıza! Eşq olsun Rəşadətli Azərbaycan ordusuna!​Sevda Məmmədova,Xocalı rayonundan məcburi köçkün
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib33 dəfə
    Hərbi Qənimətkər Parkında Şanlı Zəfər tariximiz bütün dünyaya nümayiş olunur

    Maraqlı gələ bilər
    57
    45
    65
    136